Ronaldo məhkəməyə verildi

Ronaldo məhkəməyə verildi
XƏBƏR 13 İyun 2017 / 19:45 4459
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo vergidən yayınma iddiasıyla məhkəməyə verilib.
 
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid prokurorluğunda qaldırılan iddianamədə hücumçunun 2011-2014-cü illər aralığında imici ilə bağlı gəlirlərini əskik göstərərək, bütövlükdə 14,75 milyon avro vergidən yayındığı qeyd olunub.

Məhkəmənin yaydığı yazılı açıqlamada 32 yaşlı futbolçunun "Real"a transfer olunduğu 2010-cu ildə qurduğu bir şirkət vasitəsilə bilərəkdən vergidən yayındığı bildirilir.

Qeyd edək ki, K. Ronaldoya İspaniya qanunlarına uyğun olaraq, 1-5 il aralığında həbs cəzası verilməsi nəzərdə tutulub.

Son xəbərlər
topaz banner