Əfsanələr “Nou Kamp”da üz-üzə

Əfsanələr “Nou Kamp”da üz-üzə
XƏBƏR 13 İyun 2017 / 16:55 6522
-  A +

“Barselona” ilə “Mançester Yunayted” əfsanəvi futbolçuları arasında xeyriyyə matçı keçiriləcək.

Qol.az-ın xəbərinə görə, qarşılaşma iyunun 30-da “Nou Kamp” stadionunda oynanılacaq.

Ronaldinyonun kapitan olacağı “Barselona”nın heyətində Simao Sabroza, Edqar Davids, Lüdovik Jüli, Edmilson, Qaiska Mendieta və Migel Anxel Nadal kimi futbolçular çıxış edəcək.
 
“Mançester Yunayted”də isə Duayt York, Yesper Blomkvist, Mikael Silvestre, Park Ci-Sun, Dimitar Berbatov, Kvinto Forçun və Karel Poborskinin oynayacağı dəqiqləşib.

Qarşılaşmanın bilet satışından əldə ediləcək gəlir Barselona Uşaq Xərçəng Mərkəzinə köçürüləcək.

Son xəbərlər
topaz banner