Buffon karyerasını bitirir? - "99.9 faiz əminəm"

Buffon karyerasını bitirir? -  "99.9 faiz əminəm"
XƏBƏR 13 İyun 2017 / 16:05 4444
-  A +

“Yuventus”un canlı əfsanəsi Canluici Buffon karyerasını başa vuracağı vaxtı açıqlayıb.

Qol.az-ın məlumatına görə, bu barədə İtaliya mətbuatına danışan təcrübəli qapıçı gələn mövsümün sonunda yaşıl meydanı tərk edəcəyini deyib:

“99.9 faiz əminəm ki, gələn mövsümün sonunda karyeramı başa vuracağam. Pərdənin nə vaxtsa  bağlanması lazımdır”.

O, yalnız Çempionlar Liqasını qazanacağı halda daha bir il oynamağı düşündüyünü bildirib: "Gələn mövsüm ÇL-i qazansaq, klubların dünya çempionatında iştirak etmək istəyərdim. Buna görə bəlkə, daha bir il oynadım".

Qeyd edək ki, peşəkar karyerasına 1995-ci ildə "Parma"da başlayan 39 yaşlı qolkiper 2001-ci ildən "Yuventus"da çıxış edir. O, Turin klubu ilə 8 dəfə A Seriyasının, 4 dəfə isə İtaliya kubokunun qalibi olub. 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olan təcrübəli əlcək sahibi Çempionlar Liqasını qazana bilməyib.

Son xəbərlər
topaz banner