Türkiyədə iki komandamız üz-üzə

Türkiyədə iki komandamız üz-üzə
XƏBƏR 13 İyun 2017 / 02:10 4830
-  A +

Türkiyəin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama oyununu keçirəcək.

Qol.az-ın məlumatına görə, Ayxan Abbasoun komandası Boluda toplanışda olan Bakı “İnter”i ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, ”İnter” artıq Boluda ilk yoxlama oyununu keçirib. Kamerunun "Colombe Sportive du Dja et Lobo" klubu ilə qarşılaşan paytaxt təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, həm "İnter", həm də "Zirə" bu mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək.

Son xəbərlər
topaz banner