"Pike ilə dostluğumuz ildən-ilə güclənir" - Ramos

"Pike ilə dostluğumuz ildən-ilə güclənir" -  Ramos
XƏBƏR 12 İyun 2017 / 18:38 5628
-  A +

İspaniya millisinin və "Real"ın üzvü Serxio Ramos "Barselona"nın futbolçusu Jerer Pike ilə münasibətlərindən danışıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 31 yaşlı müdafiəçi millidə komanda yoldaşı olan Pike ilə dost olduqlarını deyib:

"Bizdə hər şey qaydasındadır. Pike ilə dostam və dostluğumuz ildən-ilə güclənir. Bunu biz millidə bir yerdə oynayanda görmək olar".

Qeyd edək ki, uzun müddətdir İspaniya millisində birgə çıxış edən bu futbolçuların arasında son zamanlar söz davası baş verir.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner