"Qızıl buts"un sahibi həbs edildi

"Qızıl buts"un sahibi həbs edildi
XƏBƏR 10 İyun 2017 / 16:26 4792
-  A +

Türkiyənin məşhur futbolçularından olmuş Tanju Çolak İstanbul polisi tərəfindən həbs edilib.

Qol.az-ın “Hürriyət”ə istinadən yaydığı xəbərə görə, “Qalatasaray” və “Fənərbaxça”nın sabiq hücumçusu mafiya ilə əlaqələrinin olmasında təqsirli bilinib.

Qeyd edək ki, 1988-ci ildə "Qalatasaray"ın heyətində Superliqada 39 qol vuraraq Avropanın ən məhsuldar futbolçusu olaraq "Qızıl buts" mükafatına layiq görülmüş Tanju Çolak daha əvvəl də həbsdə olub. Məhz bu səbəbdən Çolak karyerasını erkən başa vurub. Türkiyə millisinin sabiq üzvü son olaraq futbol şərhçisi işləyib.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə