"Real"dan getsəm, dəli olaram"

"Real"dan getsəm, dəli olaram"
XƏBƏR 8 İyun 2017 / 19:29 5372
-  A +

"Real"ın futbolçusu Alvaro Morata Madrid klubundan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, komandada qalacağını deyib:

" Növbəti mövsüm komandanın aparıcı simalarından biri olmaq istəyirəm. Çünki gələn il dünya çempionatı keçiriləcək. Əsas heyət uğrunda mübarizə aparmaq fikrindəyəm. “Real”dan getsəm, dəli olaram. A seriyasında oynamaq təcrübəm olmasına baxmayaraq, İtaliyaya dönüşüm çətin baş tutsun.  İtaliyada isə yeganə klubum “Yuventus”dur”.

Qeyd edək ki, A.Morata ilə "Milan" və "Mançester Yunayted"in maraqlandığı iddia edilir.


Son xəbərlər
topaz banner