"Səbail"dən 3 transfer - rəsmi

"Səbail"dən 3 transfer -  rəsmi
XƏBƏR 8 İyun 2017 / 17:30 4018
-  A +

"Səbail" növbəti mövsüm üçün daha 3 transferini rəsmiləşdirib.

Qol.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, Yamin Ağakərimzadə və Aqşin Muxtaroğlu ilə 1, Raul Yaqubzadə ilə isə 2 illik müqavilə imzalanıb.

Son olaraq "Zirə"nin formasını geyən 25 yaşlı yarımmüdafəçi Yamin Ağakərimzadə bundan əvvəl "Rəvan"da da oynayıb.

25 yaşlı yarımmüdafiəçi Aqşin Muxtaroğlunun son klubu "Turan Tovuz" olub. U-17 millimizdə də çıxış etmiş Muxtaroğlu "Sumqayıt"da da oynayıb.

Ötən mövsüm "Zaqatala"da çıxış edən 23 yaşlı hücumçu Raul Yaqubzadə "Bakı"nın yetirməsidir.


Son xəbərlər
topaz banner