Alleqri 2020-ci ilə qədər "Yuventus"da - rəsmi

Alleqri 2020-ci ilə qədər "Yuventus"da -  rəsmi
XƏBƏR 7 İyun 2017 / 17:00 1873
-  A +

“Yuventus” klubu baş məşqçisi Massimilano Alleqri ilə müqaviləni uzadıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, yeni müqavilə müddəti 2020-ci ilə qədərdir.

Beləliklə, 2018-ci ilin yayında sözləşməsi başa çatacaq Alleqri daha iki il Turin klubunu çalışdıracaq.

Qeyd edək ki, 49 yaşlı mütəxəssis 2014-cü ildən “Yuvetus”un baş məşqçisidir.

Son xəbərlər
topaz banner