Messi Enrikeni toyuna çağırmadı

Messi Enrikeni toyuna çağırmadı
XƏBƏR 7 İyun 2017 / 15:24 5307
-  A +

Argentina millisinin və “Barselona”nın futbolçusu Lionel Messi toya hazırlaşır.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 30 yaşlı hücumçu iyunun 30-da nişanlısı Antonella Rokkuzzo ilə evlənəcək.

Messi Argetinanın Rosario şəhərində keçiriləcək toy mərasiminə “Barselona”dakı bütün komanda yoldaşlarını dəvət edib.

Maraqlıdır ki, Messi “Barselona”nın sabiq baş məşqçisi Luis Enrike, onun köməkçiləri və klub prezidenti Xosep Mariya Bartomeunnu toya dəvət etməyib.
 
Qeyd edək ki, Messi və Antonellanın 2 oğlu var.



Son xəbərlər