De Rossi millidən gedir

De Rossi millidən gedir
XƏBƏR 7 İyun 2017 / 09:45 2727
-  A +

İtaliya yığmasının üzvü Daniele de Rossi milli kareyerasını başa vuracağı tarixi açıqlayıb.

Qol.az-ın xəbərinə görə, 33 yaşlı yarımmüdafiəçi “Football İtalia”ya açıqlamasında gələn il yığmadan gedəcəyini deyib:

“Gələn ay 34 yaşım tamam olacaq. Əminəm ki, DÇ-2018-də yenə milli komandamızın önəmli futbolçularından olacam. Ancaq Avro-2020 haqda bunu deyə bilmərəm. Açıq danışmaq lazımdır, həmin vaxt mənim 37 yaşım olacaq. Buna görə dünya çempionatı mənim üçün İtaliya millisindəki son turnir olacaq”.

Qeyd edək ki, 2004-cü ildən milliyə dəvət alan “Roma”nın kapitanı 112 oyuna 20 qol vurub.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu