Torres karyerasını Meksikada davam etdirə bilər

Torres karyerasını Meksikada davam etdirə bilər
XƏBƏR 7 İyun 2017 / 01:12 2964
-  A +

Fernando Torres tezliklə “Atletiko”dan ayrıla bilər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ispan forvard karyerasını Meksikada davam etdirməyə yaxındır. Torres bu ölkənin “Keretaro” klubunun maraq dairəsindədi.

2 klub arasında aparılan danışıqlar yekunlaşmaq üzrədir. Transfer artıq bu həftə reallaşa bilər.
Təcrübəli hücumçu yeni klubu ilə 2 illik müqavilə imzalayacaq və onun illik maaşı 5 milyon dollar olacaq.
Qeyd edək ki, Torreslə Meksikanın digər klubu “Krus Asul” da maraqlanır.

Son xəbərlər
topaz banner