“Vətən” “Atletiko” ilə bir qrupda

“Vətən” “Atletiko” ilə bir qrupda
XƏBƏR 6 İyun 2017 / 19:12 4733
-  A +

Avstriyada təşkil olunacaq  “Vətən”in U-10 komandasının da iştirak edəcəyi “Champions Trophy 2017” turnirinin püşkatma mərasimi keçirilib.

Qol.az-ın xəbərinə görə, 128 komandanın yarışacağı turnirdə təmsilçimiz A qrupunda yer alıb.

“Vətən” “Atletiko” (Madrid, İspaniya), “Olimpiya” (Lyublyana, Sloveniya), “Slovako” (Slovakiya), “SPG Innsbruk Vest”, “SC Brunn”, “Stadlau” (Avstriya) və “Tutin” (Serbiya) ilə eyni qrupda mübarizə aparacaq.

1000 komanda arasından finallara vəsiqə qazanmış 128 komanda 16-18 iyun tarixlərində bir araya gələrək “Champions Trophy 2017”nin qalibi olmaq uğrunda yarışacaq.

Qeyd edək ki, "Vətən" qrup mərhələsindəki oyunlarını Brunn şəhərində keçirəcək.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu