"Milliyət" qəzetinin idman yazarı Bilal Meşe Türkiyə millisinin və "Barselona"nın futbolçusu Arda Turanı məhkəməyə verəcək.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə onun özü məlumat verib.
Təyyarədə Arda tərəfindən hücuma məruz qalaraq, təhqir olunan jurnalist bildirib ki, əvvəlcə Ardanın onunla zarafat etdiyini düşünüb:
"Təyyarəyə yeni minmişdim. Kəmərimi bağlamışdım. Birdən Ardanın adımla mənə səsləndiyini eşitdim. Əvvəlcə zarafat etdiyini düşündüm. Ancaq 1-2 saniyə sonra söyüş söyməyə başladı. Üzündə qəribə ifadə var idi".
"Şoka düşmüşdüm. Arda hələ də məni söyürdü. Birdən yanımıza fotomüxbir Vedat Danacı gəldi. Onu sakitləşdirməyə çalışdı. Arda bu zaman bir yumruq atdı, amma Vedat onu tutduğu üçün yumruğu boşa çıxdı. Bu hadisələr baş verən zaman Fatih Terim gəlmədi. Yaxşı ki belə etdi. Yoxsa daha pis hadisələr ola bilərdi".
B.Meşe İstanbula qayıdan kimi Ardadan prokurorluğa şikayət edəcəyini bildirib:
"Ardanın səni bu təyyarəyə götürənin deyə etdiyi söyüşlər Fatih Terim və Yıldırım Demirörənə gedir".
Qeyd edək ki, Arda Turan Bilal Meşeyə onu 2016-cı il Avropa çempionatında mükafat üstündə federasiya ilə münaqişəyə girmələri xəbəri ilə əlaqədar ailəsini təhqir etdiyini əsas gətirərək bu hərəkətləri edib.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı
Lamin Yamal “Sabah”la oyunu buraxacaq - Rəsmi
"Sabah" - "Barselona" oyununun hakimləri açıqlandı
“Mançester Yunayted”i elə tənqid etdi ki...
Mahir bir epizodla baş məşqçinin rəğbətini qazandı
Karyerasında 900-cü oyuna çıxdı - Qurban Qurbanov