UEFA-dan Ömər Paşayevə ilk təyinat

UEFA-dan Ömər Paşayevə ilk təyinat
XƏBƏR 5 İyun 2017 / 14:55 3555
-  A +

Azərbaycanın yeni FİFA hakimi Ömər Paşayev UEFA-dan ilk təyinatını alıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə,  gənc referi 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Belarus – San Marino oyununu idarə edəcək.

Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

Qeyd edək ki, görüş iyunun 7-də Minsk şəhərində keçiriləcək.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq