Sneyder rekorda şərik çıxdı

Sneyder rekorda şərik çıxdı
XƏBƏR 5 İyun 2017 / 11:05 3362
-  A +

Hollandiya millisinin futbolçusu Uesli Sneyder üçün Fildişi Sahili ilə oyun əlamətdar olub.

Qol.az-ın məlumatına görə, bu, 32 yaşlı yarımmüdafiəçinin yığmadakı 130-cu matçı olub. Bununla da o, Hollandiya millisində ən çox oyun keçirən Edvin van der Sara çatıb.

Qeyd edək ki, Hollandiya millisi Fildişi Sahilinə 5:0 hesabı ilə qalib gəlib. U.Sneyder sözügedən qarşılaşmada 70-ci dəqiqədə meydana çıxıb.


Qarabağ FK
Son xəbərlər
23.11.26  14:54

La Liqaya haker hücumu

topaz banner