“Göztəpə” 14 ildən sonra Superliqada

“Göztəpə” 14 ildən sonra Superliqada
XƏBƏR 5 İyun 2017 / 01:50 3591
-  A +

2017/2018 mövsümündə Türkiyə Superliqasında çıxış edəcək sonuncu komandanın adı məlum olub.

Qol.az-ın məlumatına görə, həlledici qarşılaşmada “Eskişehirspor” və “Göztəpə” qarşılaşıb.

Matçın əsas və əlavə vaxtında qalib aşkarlanmayıb. Eskişehir klubu Ofoedunun 53-cü dəqiqədə vurduğu qolla hesabda önə keçsə də,”Göztəpə” 90+5-ci dəqiqədə Jahoviçin fərqlənməsi ilə status-kvonu bərpa edib. 

Penaltilərdə daha dəqiq oynayan (3:2) “Göztəpə” Superliqaya yüksəlib. İzmir təmsilçisi yüksək liqada sonuncu dəfə 2002/03 mövsümündə yarışıb.

Qeyd edək ki, matçın gedişində insident yaşanıb. Antalyada keçirilən qarşılaşma azarkeşlərin meydana fişəng atması səbəbindən nəzərdə tutulandan gec başlayıb.

8 dəqiqəlik məcburi fasilədən sonra ilk yarıda görüş daha 2 dəfə dayandırılıb. Nəticədə baş hakim Ali Palabıyık birinci hissənin sonuna 17 dəqiqə əlavə edib. Yaranan duman səbəbindən gənc azarkeş zəhərlənib. 

Əlavə edək ki, buna qədər “Sivasspor” və “Yeni Malatyaspor” da Superliqaya yüksəlib.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq