“Roma” “Liverpul”dan 45 milyon avro tələb edir

“Roma” “Liverpul”dan 45 milyon avro tələb edir
XƏBƏR 5 İyun 2017 / 01:26 2764
-  A +

“Roma”nın yarımmüdafiəçisi Mohammed Salah tezliklə klubunu dəyişə bilər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Liverpul” misirli futbolçunu heyətinə qatmağa çalışır.

Klub rəhbərliyi artıq Salahın meneceri ilə razılıq əldə edib. Razılığa əsasən, “Roma”nın yarımmüdafiəçisi 4 illik müqaviləyə imza atacaq və onun illik qazancı 4 milyon avro olacaq.

Keçidin reallaşması üçün “Liverpul” “Roma”ya 32 milyon avro təklif edib. Lakin İtaliya klubu 45 milyon avro tələb edir.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq