“Qəbələ” idmançısından gümüş medal

“Qəbələ” idmançısından gümüş medal
XƏBƏR 5 İyun 2017 / 00:00 1432
-  A +

Rumıniyanın paytaxtı Buxarestdə cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub.

Qol.az-ın məlumatına görə, yarışın sonuncu günü Azərbaycan milli komandasının və “Qəbələ”nin cüdoçusu Uşanqi Kokauri tatami üzərinə çıxıb.

+100 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk qarşılaşmada italiyalı Klaudio Pepoli, ardınca ukraynalı Sergey Zverevə qalib gəlib. Yarımfinalda polşalı Matsey Satnaçkini mübarizədən kənarlaşdıran
Kokauri həlledici görüşə vəsiqə qazanıb. Finalda rumıniyalı Daniel Mateaya uduzan Kokauri gümüş medala yiyələnib.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq