“Real” ÇL-in tarixinə düşdü

“Real” ÇL-in tarixinə düşdü
XƏBƏR 4 İyun 2017 / 00:01 5788
-  A +

Çempionlar Liqasının final matçında “Yuventus”la oyunda hesabı açan “Real”ın futbolçusu Kriştiano Ronaldonun qolu həm özü, həm də komandası üçün əlamətdar olub. 

Qol.az-ın məlumatına görə, portuqaliyalı hücumçu  Madrid klubunun ÇL-dəki 500-cü qolunun müəllifi olub.

“Real”  qitənin ən nüfuzlu klub turnirində bunu bacaran ilk komanda olub. “Barselona” 459 qolla 2-ci,  “Bavariya” isə 415 qolla 3-cüdür.

Qeyd edək ki, Ronaldo bu qol sayəsində həm də ÇL-nin 3 final matçında fərqlənən yeganə oyunçu olub.

Son xəbərlər
topaz banner