Luçesku PAOK-da?

Luçesku PAOK-da?
XƏBƏR 3 İyun 2017 / 01:55 3218
-  A +

“Zenit”dən ayrılan Mirça Luçesku karyerasını Yunanıstanda davam etdirə bilər.

Qol.az-ın Rumıniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis PAOK-dan təklif alıb.

Hazırda Saloniki klubunda idman direktoru postunu Luboş Mihel tutur. Sabiq hakimlə Luçeskunun münasibətləri çox yaxşıdır.

Xatırladaq ki, “Zenit”də cəmi 1 mövsüm çalışan Luçesku komandadan qovulduğu üçün 2 milyon avro kompensasiya alıb.

Son xəbərlər
topaz banner