“Nitsa” təkzib etdi - O, “Borussiya”da çalışmayacaq

“Nitsa” təkzib etdi -  O, “Borussiya”da çalışmayacaq
XƏBƏR 3 İyun 2017 / 00:51 2159
-  A +

“Nitsa” klubun baş məşqçisi Lusyen Favrın tezliklə Dortmund “Borussiya”sını çalışdıracağı haqda yayılan xəbərləri təkzib edib.

Qol.az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytında bəyanat yer alıb.

Bəyanatda qeyd olunur ki, Fransa təmsilçisi Tomas Tuhelin “Borussiya”dan gedişindən sonra yaranan söz-söhbətlərə son qoymaq üçün birdəfəlik bəyan edir ki, Favr Dortmund klubunda çalışmayacaq.

Baş məşqçinin gedişi ilə bağlı hər hansı danışıq olmayıb və “Nitsa” iyunun 19-da Favrın rəhbərliyi altında yeni mövsümün hazırlıqlarına başlayacaq.

Qeyd edək ki, 59 yaşlı mütəxəssisin “Nitsa” ilə müqaviləsi 2019-cu ilə kimidir.

Son xəbərlər
topaz banner