Azərbaycan yığması İsrailə qalib gəldi

Azərbaycan yığması İsrailə qalib gəldi
XƏBƏR 3 İyun 2017 / 00:18 3020
-  A +

Qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunan “E” qrupunda IV turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisi bu gün İsrail yığması ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilmiş görüş meydan sahiblərinin asan qələbəsi ilə yekunlaşıb - 3:0. Beləliklə, ardıcıl 4-cü oyunundan qalib ayrılan Azərbaycan millisi liderliyini qoruyub.

4 turdan sonra Azərbaycan və Hollandiya milliləri 12 xalla ilk 2 yerləri bölüşdürürlər.

Son turda dünya çempionatına vəsiqənin taleyi Azərbaycan - Hollandiya matçında həll olunacaq. Qalib gələn komanda Yaponiyada keçiriləcək mundiala yollanacaq. Uduzan komanda isə "pley-off"da çıxış edəcək.

Son xəbərlər
topaz banner