"İnter"də maaşlar verildi

"İnter"də maaşlar verildi
XƏBƏR 2 İyun 2017 / 13:45 2665
-  A +

Bir müddətdir maddi cəhətdən çətinlik çəkən Bakı "İnter"ində maaşların bir qismi ödənilib.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, futbolçular mart və aprel ayının maaşlarını alıb.

Klub rəhbərliyi futbolçularla söhbətində tezliklə bütün maaşların ödəniləcəyini bildirib.

Xatırladaq ki,  Zaur Svanadzenin komandası  bu mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək.

Son xəbərlər
topaz banner