“Atletiko” yayda da futbolçu ala bilməyəcək - şikayət rədd edildi

“Atletiko” yayda da futbolçu ala bilməyəcək - şikayət rədd edildi
DÜNYA FUTBOLU 1 İyun 2017 / 13:00 2878
-  A +

Beynəlxalq İdman Arbitraj Məhkəməsi "Atletiko"nun transfer qadağası ilə bağlı apellyasiya şikayətini rədd edib.

Qol.az-ın "Marca"ya  istinadən yaydığı xəbərə görə,  beləliklə, Madrid klubu bu yay da heyətinə futbolçu cəlb edə bilməyəcək.

Qeyd edək ki, 18 yaşına çatmayan futbolçuların transferi zamanı qanun pozuntusuna yol verdiyi üçün "Atletiko"nun bu qış və yay transferləri dövründə oyunçu alması qadağan olunub.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq