Rebrov “Dinamo”dan ayrıldı

Rebrov “Dinamo”dan ayrıldı
XƏBƏR 1 İyun 2017 / 01:49 2371
-  A +

Sergey Rebrov Kiyev “Dinamo”sunun baş məşqçisi vəzifəsindən ayrılıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu haqda o, özü açıqlama verib.

Ukrayna çempionatının 32-ci turu çərçivəsində “Çernomorets”ə qarşı keçirilən oyundan sonra Rebrov deyib:

“Bu barədə bir müddət əvvəl qərar qəbul etmişdim. İndi açıqlaya bilərəm. Klub prezidenti ilə bir-birimizin əlini sıxdıq. Qərara gəldik ki, əməkdaşlığı davam etdirməyək. Komandama, rəhbərliyə, daim yanımızda olan azarkeşlərə minnətdaram”.

Qeyd edək ki, Rebrov “Dinamo”nu 2014-cü ildən çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2 dəfə Ukrayna çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb və 1 dəfə Ukrayna superkubokuna sahib çıxıb.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq