Türkiyə kubokunun qalibi müəyyənləşdi

Türkiyə kubokunun qalibi müəyyənləşdi
XƏBƏR 1 İyun 2017 / 01:39 5436
-  A +

Türkiyə kubokunda 2016/17 mövsümünə yekun vurulub.

Qol.az xəbər verir ki, finalda “Başakşehir” və “Konyaspor” qarşılaşıb.

Eskişehirdə keçirilən final matçının 90 dəqiqəsində qapılara qol vurulmayıb. Əlavə vaxtda da qalib aşkarlanmadığından, finalın taleyini penaltilər seriyası həll edib.

Burada daha dəqiq oynayan “Konyaspor” tarixində ilk dəfə olaraq Türkiyə kubokuna sahib çıxıb.

“Başakşehir” isə ikinci dəfə yüksəldiyi kubokun finalında yenə də məğlubiyyət acısı yaşayıb.


Türkiyə kuboku

Final

31 may

“Başakşehir” - “Konyaspor” 0:0, pen - 1:4

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq