Bruno Alveşin yeni klubu rəsmiləşdi

Bruno Alveşin yeni klubu rəsmiləşdi
XƏBƏR 31 May 2017 / 18:47 4486
-  A +

"Kalyari"dən ayrılan Bruno Alveşin yeni klubu bəlli olub.

Qol.az-ın xəbərinə görə, 35 yaşlı müdəfiəçi karyerasını Şotlandiyanın "Reyncers" klubunda davam etdirəcək.

Qlazqo klubunun rəsmi saytı portuqaliyalı futbolçu ilə 1 illik müqavilə imzalandığını yazıb.

Qeyd edək ki, B.Alveş ötən mövsüm "Kalyari"nin heyətində 36 oyuna çıxıb və 1 qol vurub.



Son xəbərlər
topaz banner