Bruno Alveş "Kalyari"dən ayrıldı

Bruno Alveş "Kalyari"dən ayrıldı
XƏBƏR 31 May 2017 / 15:54 1991
-  A +

İtaliyanın "Kalyari" klubu futbolçusu Bruno Alveşlə yolları ayırıb.

Qol.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Portuqaliyalı müdafiəçinin klubu ilə 2018-ci ilə qədər müqaviləsi olsa da, qarşılıqlı razılıq əsasında yollar ayrılıb.

İtaliya mətbuatı Alveşin Şotlandiyanın "Qlazqo Reyncers" klubuna keçəcəyini yazıb.

Qeyd edək ki, 35 yaşlı futbolçu 2015-ci ildən "Kalyari"də çıxış edirdi.

Son xəbərlər
topaz banner