Syomin “Lokomotiv”dən gedir?

Syomin “Lokomotiv”dən gedir?
XƏBƏR 31 May 2017 / 00:19 2304
-  A +

Yuri Syomin Moskva “Lokomotiv”indən ayrıla bilər.

Qol.az-ın “Matç TV”yə istinadən yaydığı xəbərə görə, Moskva klubunun rəhbərliyi təcrübəli mütəxəssisin işindən narazıdır.

“Dəmiryolçular” cari mövsüm Rusiya kubokunu və Avroliqaya vəsiqə qazanmasına baxmayaraq, rəhbərlik komandanın çempionatdakı çıxışından razı deyil.

Dünən Syomin klub rəhbərliyi ilə görüşüb və ona saat hədiyyə edilib. Lakin yeni müqavilə barədə tərəflər arasında hər hansı danışıq aparılmayıb.

Qeyd edək ki, “Lokomotiv”in baş məşqçi postuna Viktor Skripnik, Hayko Foqelya və Leonid Kuçuk namizəddir.

Son xəbərlər
topaz banner