"Çelsi" qapıçısını satdı - rəsmi

"Çelsi" qapıçısını satdı -  rəsmi
XƏBƏR 30 May 2017 / 20:57 5339
-  A +

“Çelsi”nin qapıçısı Asmir Beqoviç karyerasını “Bornmut”da davam etdirəcək.

Qol.az-ın məlumatına görə, bu barədə “Bornmut”un rəsmi saytı xəbər yayıb.

Bosniya və Herseqovina millisinin qapıçısı ilə bugünlərdə müqavilə imzalanacaq.

“Sky Sports”un xəbərinə görə, “qırmızı-qaralar” Beqoviçin keçidi üçün qarşı tərəfə 10 milyon futnt-sterlinq ödəyəcək.

Qeyd edək ki, “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin millidə əsas rəqibi olan 29 yaşlı qolkiper 2015-ci ildən London klubunda çıxış edirdi.

Son xəbərlər
topaz banner