"Nitsa"nın futbolçusu Mario Balotelli maraqlı açıqlama verib.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 26 yaşlı hücumçu jurnalistin ona "Qızıl top"u qazanmağa nə qədər yaxın olmağı ilə bağlı verdiyi sualı belə cavablandırıb:
"Qızıl top"u qazanmaq şansımın olmağı üçün Messi və Ronaldonu öldürməliyəm".
M.Balotelli karyerası ərzində etdiklərinin "Qızıl top"u almağa yetərli olmadığını bildirib.
O, futbola qısa müddət fasilə verəcəyini də vurğulayıb: "İki həftə istirahət edəcəm. Çempionlar Liqasının finalını belə izləməyəcəm".
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri