"Qəbələ” 2016-2017-ci illər mövsümünün ən yaxşı nəticəsinə imza atıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, klub 11 komanda ilə təmsil olunduğu liqalarda hamıdan çox mükafat toplayıb. Düzdür, “qırmızı-qaralar” ötən mövsüm çıxış etdiyi bütün liqalarda mükafatçılar sırasına düşməklə müəyyənləşdirdiyi Azərbaycan rekordunu təkrarlamasa da, bu mövsüm rəqibləri ilə müqayisədə daha çox çempionluq və medala yiyələnib.
Topaz Premyer Liqasında 2-ci olan əsas komandamız tarixində ilk dəfə gümüş mükafata yiyələnib. Vitse-çempion həm də ardıcıl dördüncü dəfə mükafatçılar arasında yer alıb. Ardıcıl 2-ci, tarixdə 3-cü dəfə eyni mövsümdə həm əsas, həm də əvəzedicilər yarışı mükafatla başa vurub. Ötən mövsümdə ilk qızılını qazanan əvəzedicilər 2011-2012, 2013-2014-ci illərdə olduğu kimi yenə gümüş qazanıb. Aktivində 2009-2010, 2010-2011 mövsümlərinin bürüncü də olan komanda tarixində 6-cı dəfə “üçlük”də yer alıb.
Çempionatı gümüş mükafatla başa vuran Roman Qriqorçuk və Hüseynqulu Quliyevin futbolçularının bu uğurlarına futbol akademiyasının komandaları da qoşulub. AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları arasında keçirilən 9 liqada çıxış edən yeniyetmə oğlanlardan ibarət komandaların 8-i mövsümü mükafatla bitirib. Onlardan beşi – U-16, U-15, U-13, U-12 və U-11 komandaları 2016-2017-ci illər mövsümünün qalibi olub. Bununla da Azərbaycan rekordu təkrarlanıb. Belə ki, indiyədək yalnız bir dəfə eyni klub eyni mövsümdə aşağı yaş qrupları üzrə 5 liqada çempionluq yaşamışdı. Bunu 2012-2013-cü illər mövsümündə “Qəbələ” gerçəkləşdirmişdi.
Akademiyamızın yeniyetmə futbolçuları 4 ildən sonra özünün müəyyənləşdirdiyi ölkə rekordunu təkrarlamağa müvəffəq olub. Ötən mövsüm çempion olaraq UEFA Gənclər Liqasına vəsiqə qazanan U-19 isə bu dəfə gümüşlə kifayətlənib. Bu, akademiyanın komandalarının yeganə, ümumilikdə isə əsas və əvəzedicilərdən sonra “Qəbələ”nin 3-cü ikinciliyi kimi tarixə düşüb. 5 çempionluq və 3 ikinciliyi olan klubun iki komandası bürünc mükafata yiyələnib. U-14 və U-10 yalnız yarımfinalda uduzaraq, III yer uğrundakı görüşdə qalib gələrək, medalçılar sırasına düşüb. Başa çatan mövsümdə yalnız U-17 mükafatçılar sırasına düşə bilməyib. Sonuncu tura qədər nəinki bürünc, hətta gümüş medal şansını qoruyan komanda yekunda “üçlük”dən 1 xal geridə qalıb.
Ümumilikdə akademiyanın yetirmələrinə gəlincə, ilk dəfə mükafatçılar sırasına 2009-2010-cu illər mövsümündə düşən “Qəbələ” son 8 mövsümdə artıq 46 dəfə ilk “üçlük”də yer alıb. Komandalar bu müddətdə 22 çempionluq yaşayıb, 16 dəfə 2-ci olub və 8 dəfə bürünc medala yiyələnib. Bu müddətdə cəmi 9 dəfə komandalar mükafat qazana bilməyib.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video