“Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə çıxış edəcək.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan turnirdə qüvvəsini sınayacaq. Yarış mayın 26-dan iyunun 2-dək Tiflis “Dinamo”sunun akademiyasının meydançasında keçiriləcək.
Namiq Əliyevin baş məşqçisi olduğu komanda qrup mərhələsində Gürcüstan təmsilçiləri ilə görüşəcək. Mayın 27-də “Dinamo” ilə üz-üzə gələcək “qırmızı-qaralar” ertəsi gün “Saburtalo”, ayın 29-da isə “Telavi” ilə qarşılaşacaq.
“Qəbələ” Gürcüstandakı turnirə 16 futbolçu ilə gedib. Heyətdə İslam Əbduləzizov, Əli Tahirov, Ceyhun Bağırzadə, Həsən Nəzərli, Samid Əhmədov, Ziya Şəkərxanov, Əhməd Məmmədov, Asim Əlicanov, Nurlan Ağabəyov, Mahir Mehdiyev, İlkin Budaqov, Murad Abdullayev, Cümə Hüseynov, Elnur Mustafayev, Sənan Məsimov və Samir Musayev yer alıblar.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı
Lamin Yamal “Sabah”la oyunu buraxacaq - Rəsmi
"Sabah" - "Barselona" oyununun hakimləri açıqlandı
“Mançester Yunayted”i elə tənqid etdi ki...