“Liverpul”un qapıçısı karyerasını bitirir
“Liverpul”un qapıçısı Aleksandr Manninger qarşıdakı günlərdə karyerasını başa vuracaq.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, o, ötən yay “Auqsburq”dan “Liverpul”a transfer olunsa da, yeni klubunun heyətində 1 rəsmi görüşdə belə forma geyməyib.
İyunda 40 yaşı tamam olacaq Manninger 22 illik peşəkar karyerası ərzində 5 mükafat qazanıb.
Avstriyalı qolkiper “Arsenal”la Premyer Liqanın, İngiltərə kubokunun, İngiltərə Superkubokunun (2 dəfə) və “Yuventus”la birgə “A” seriyasının qalibi olub.
Qeyd edək ki, Manninger millidə 33 matçda forma geyib.