Millimiz yenə uduzdu - bu dəfə Almaniyaya
Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində ikinci tur matçını keçirib.
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, rəqib Almaniya yığması olub.
Fransanın Lion şəhərində təşkil olunan A qrupunun oyunu Bundestimin qələbəsi ilə yekunlaşıb - 3:0.
Azərbaycan millisi rəqibə birinci setdə ciddi müqavimət göstərsə də, rəqib üstün olub - 29:27. Sonrakı iki set isə eyni hesabla bitib - 25:18.
Beləliklə, Fərid Cəlalovun baş məşqçi olduğu komanda ardıcıl ikinci məğlubiyyətə düçar olub. İlk turda Türkiyəyə məğlubiyyət qeydə alınmışdı - 0:3.
İki turdan sonra xalsız olan Azərbaycan millisini qarşıdakı 3 gün ərzində Ukrayna, Fransa və İslandiya ilə də oyunlar gözləyir.