“Arsenal”ın şikayəti təmin edilmədi

“Arsenal”ın şikayəti təmin edilmədi
XƏBƏR 24 May 2017 / 01:02 2454
-  A +

“Arsenal”ın müdafiəçisi Loran Koselininin cəzalanması ilə bağlı klubun verdiyi apellyasiya şikayət rədd edilib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, fransız müdafiəçi Premyer Liqanın 38-ci turunda “Everton”la görüşdə aldığı qırmızı vərəqə səbəbindən 3 oyunluq cəzalanıb.

Apellyasiya şikayəti geri çevrildiyindən Koselini İngiltərə Kubokunun finalında “Çelsi”yə qarşı keçiriləcək matçda meydana çıxa bilməyəcək.

Son xəbərlər
topaz banner