“Valensiya” yeni baş məşqçisini təqdim etdi

“Valensiya” yeni baş məşqçisini təqdim etdi
XƏBƏR 24 May 2017 / 00:22 3651
-  A +

“Valensiya” yeni baş məşqçisi Marselinyo Qarsiya Toralı ictimaiyyətə təqdim edib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 51 yaşlı mütəxəssis təyinatı ilə bağlı deyib:

“Qələbə qazanmaq istəyi bizi birləşdirməlidir. Biz birlikdə güclü olacağıq. Nizam-intizama üstünlük verirəm, komandada hər şeyin qaydasında olmasına çalışıram. Çünki bunsuz uğur qazanmaq mümkün deyil.

Heyətimizi gücləndirəcəyik. Daha çox istedadlı, ambisiyalı oyunçulara üstünlük verəcəyik. “Valensiya” iddialı olmalıdır”.

Qeyd edək ki, “Valensiya” ilə 2 illik müqavilə imzalayan Marselinyo Qarsiya Toral son olaraq “Vilyareal”da çalışıb.

Son xəbərlər
topaz banner