Avroliqanın finalından öncə 1 dəqiqəlik sükut

Avroliqanın finalından öncə 1 dəqiqəlik sükut
XƏBƏR 24 May 2017 / 00:00 2638
-  A +

UEFA Avropa Liqasının finalından öncə 1 dəqiqəlik sükut olacaq.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, sükutla bir gün əvvəl Mançesterdəki terror zamanı həyatını itirənlərin xatirəsini anılacaq.

“Mançester Yunayted” və “Ayaks”ın futbolçuları sabah Stokholmda keçiriləcək həlledici görüşə qara sarğı ilə çıxacaqlar.

Qeyd edək ki, ötən gün "Mançester Arena"da konsertdən sonra törədilən terrar aktı zamanı 22 nəfər həlak olub, 59 nəfər yaralanıb.

Son xəbərlər
topaz banner