Valverde "Atletik"dən ayrıldı - klub açıqladı

Valverde "Atletik"dən ayrıldı -  klub açıqladı
XƏBƏR 23 May 2017 / 22:55 3133
-  A +

İspaniyanın “Atletik” klubu baş məşqçisi Ernesto Valverde ilə yolları ayırıb.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Valverde Bilbao klubunda işlədiyi 4 ildə komandanı son 16 ildə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb, həmçinin 2015-ci ildə ölkə kuboku və superkubokunu qazanıb.

O, Luis Enrikenin gedişindən sonra “Barselona”nın baş məşqçisi vəzifəsinə əsas namizəd sayılır.

Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner