Millimizin üzvləri Ukraynada qarşılaşdı

Millimizin üzvləri Ukraynada qarşılaşdı
XƏBƏR 21 May 2017 / 00:54 3228
-  A +

Ukrayna Premyer Liqasında 30-cu turun oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, bu tur iki azərbaycanlı futbolçunun komandası üz-üzə gəlib.

Əsas millimizin futbolçusu Pavel Paşayevin çıxış etdiyi “Stal” U-21 millimizin yarımmüdafiəçisi Dmitri Nağıyevin üzvü olduğu  “Dnepr”i qəbul edib.

Oyun Nağıyevin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər iki futbolçumuz meydana start heyətində çıxıb. Paşayev fasilədə əvəzlənsə də, Nağıyev sonadək meydanda olub.

Qeyd edək ki, 37 xalı olan “Stal” ikinci altılıqda liderdi. “Dnepr” isə 22 xalla sondan ikinci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır