Ceymi Vardi cəzalandırıldı

Ceymi Vardi cəzalandırıldı
XƏBƏR 20 Dekabr 2016 / 22:00 2394
-  A +

İngiltərə Futbol Federasiyası "Lester"in futbolçusu Ceymi Vardinin qırmızı vərəqəsinin ləğv olunması ilə bağlı etirazını rədd edib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, ona "Stok Siti"yə qarşı görüşdə rəqib oyunçu Mame Diufaya kobudluq etdiyi üçün verilən qırmızı vərəqənin düzgün olduğu bildirilib.  Əvəzində C.Vardiyə üç oyunluq cəza tətbiq edilib.

Bu isə o deməkdir ki, ingilis hücumçu "Everton", "Vest Hem" və "Modlsbro" ilə görüşləri buraxacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
27.06.26  13:02

Muslera üzr istədi

topaz banner