"Mərhələni keçməliyik" - "Kəpəz"in futbolçusu

"Mərhələni keçməliyik" -  "Kəpəz"in futbolçusu
XƏBƏR 20 Dekabr 2016 / 18:48 2183
-  A +

"İlk oyunda iki top fərqi ilə uduzduğumuzdan rəqibin üstünlüyü var. Amma indi Gəncədə oynamağımızı unutmamalıyıq".

Qol.az-ın məlumatına görə, bunu "Kəpəz"in fubolçusu Şəhriyar Rəhimov klubun saytına açıqlamasında Azərbaycan kubokunun 1/4 final mərhələsinin "İnter"lə keçiriləcək cavab matçı haqda  danışarkən deyib.

O, sabahkı görüşdə qələbəyə kökləndiklərini bildirib: "Doğma meydanda, azarkeşlərimizin önündə oynayacağıq. Yaxşı futbol göstərib, bizə lazım olan nəticəni qazanmağa çalışacağıq. Final fitinə kimi layiqli şəkildə çıxış etməliyik. Mərhələni keçən tərəf biz olmaq istəyirik. Fanatlarımızı sevindirməyə səy göstərəcəyik. Qolu kimin vurmasının əhəmiyyəti yoxdur, əsas olan qol vurmaqdır”.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner