"Qəbələ"yə məğlubiyyətin məsuliyyəti üzərimdə qaldı"

"Qəbələ"yə məğlubiyyətin məsuliyyəti üzərimdə qaldı"
XƏBƏR 20 Dekabr 2016 / 17:38 2346
-  A +

“Qəbələ” ilə oyun günü mənim üçün özəl gün idi.  Doğum günümü qeyd edirdim. Təbii ki, uğurlu nəticə qazanıb bunu özümə hədiyyə etmək istəyirdim. Təəssüflər olsun ki, alınmadı, hətta deyərdim daha pis alındı".

Qol.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Renan Alves klubun saytına açıqlamasında "Qəbələ" ilə oyun (1:2) haqda danışarkən deyib.

Braziliyalı müdafiəçi oyundakı səhvlərini etiraf etsə də,  məğlubiyyətdə özünü günahlandırmayıb: "İki penalti və qırmızı vərəqə heç yerinə düşmədi. Karyeramda belə şey olmamışdı. Ad günümdə nə vaxtsa bu qədər üzüldüyüm yadıma gəlmir. Məğlubiyyətin məsuliyyəti mənim üzərimdə qaldı. Kənardan elə görünür ki, rəqibin qələbə qazanmasına mən kömək etdim. Əslində elə deyil. Mən hər oyunda “Kəpəz”in qələbəsi üçün çalışıb, əlimdən gələnin ən yaxşısını etməyə səy göstərirəm. Amma bu dəfə başqa cür oldu”.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner