"Real"ın cəzası azaldıldı

"Real"ın cəzası azaldıldı
XƏBƏR 20 Dekabr 2016 / 17:02 3822
-  A +

FİFA-nın “Real”a tətbiq etdiyi transfer qadağasına yenidən baxılıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə  görə, məsələyə baxan Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CAS) Madrid klubunun cəzasını yüngülləşdirib.

CAS FİFA-nın kəsdiyi iki növsümlük transfer qadağasının birini ləğv edib. İspaniya klubu artıq cari mövsümün sonunda transferlər həyata keçirə bilər. 

Qeyd edək ki, 18 yaşadək futbolçuların transferində  yol verdikləri qayda pozuntusuna görə Madridin "Real” və “Atletiko” klublarına bu ilin sentyabrında  FİFA tərəfindən transfer qadağası qoyulmuşdu.

Dünya Çempionatı 2026
Son xəbərlər
27.06.26  13:02

Muslera üzr istədi

topaz banner