"Qarabağ"la oyunda möcüzəyə inanmıram" - Samir Abasov

"Qarabağ"la oyunda möcüzəyə inanmıram" -  Samir Abasov
XƏBƏR 20 Dekabr 2016 / 14:28 2774
-  A +

"Sabah sırf formal bir oyun olacaq. Bildiyimə görə, "Qarabağ" oyuna ikinci heyətlə çıxacaq. Ancaq bu, məni maraqlandırmır. Biz də gənc futbolçulardan istifadə edəcəyik".

Bunu Qol.az-a açıqlamasında "Sumqayıt"ın baş məşçisi Samir Abasov deyib.

Azərbaycan kubokunun 1/4 finalının ilk oyunundan "Qarabağ"a 0:6 hesabı ilə uduzan "Sumqayıt" sabah Qurban Qurbanovun komandası ilə cavab matçına çıxacaq.

Bu görüşlə bağlı fikrilərini bildirən S.Abasov sabah möcüzə baş verəcəyinə inanmadığını bildirib: "Qarabağ"a ilk oyunda 0:6 hesabı ilə uduzmusansa, mərhələni keçmək mümkün deyil. Bu, möcüzəyə bağlıdır. Sabah bu möcüzənin olacağına inanmıram. Çünki "Qarabağ"ın ikinci heyəti milli komandamızda oyanayan futbolçulardır. Amma ən azından sabah qalib gəlmək istəyirik. Onu da bilirik ki, "Qarabağ" bizdən qat-qat güclü komandadır. Onlara uduzmağımız faciə deyil".

S.Abasov komandasının qış fasiləsinə qədərki çıxışını da qiymətləndirib: "Mövsümün yarısını yaxşıdan da yaxşı keçirdik. Çoxunun gözləmədiyi yerdəyik. Qış fasiləsinə 4-cü pillədə yollanmaq bizim üçün yaxşı nəticədir. Düzdür, indi yer haqda danışmaq tezdir. Ancaq ən azından toplanışa yaxşı əhval ruhiyə ilə gedəcəyik".

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner