"Kəpəz"in qapıçısı zədələndi

"Kəpəz"in qapıçısı zədələndi
XƏBƏR 20 Dekabr 2016 / 11:27 2132
-  A +

“Kəpəz” daha bir futbolçusunun xidmətindən məhrum olub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın qapıçısı Davud Kərimi zədələnərək sıradan çıxıb. Məşqlərin birində zədələnən qolkiperə dizin iç yan bağının burxulması diaqnozu qoyulub.

Hazırda Kəriminin müalicəsi davam etdirilir. Şəhriyar Əliyev kimi Davudun da yanvar ayından məşqlərdə iştirak edəcəyi bildirilib.


Dünya Çempionatı 2026
Son xəbərlər
27.06.26  13:02

Muslera üzr istədi

topaz banner