Topaz Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulub. İlk iki dövrənin yekununa əsasən, “Qəbələ” qış fasiləsinə 2-ci pillədə yollanıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, keçirdiyi 14 qarşılaşmada 9 qələbə qazanıb, 4 heç-heçə edən “qırmızı-qaralar” yalnız 1 dəfə məğlub olub. İlk oyununu avqustun 8-də keçirib, 132 günlük mübarizədən sonra hesabında 31 xal olan komandanın 14 turdakı çıxışının statistik məqamlarını təqdim edirik:
- “Qəbələ” ilk yarıda ən çox qol vuran komandadır – 30 top. Komandanın orta məhsuldarlığı 2,14-dür.
- 14 matçda 7 top buraxan “qırmızı-qaralar” bu göstəricidə 2-cidir. Komanda hər oyunda orta hesabla 0,50 qola üzülüb.
- Öz meydanında daha çox – 8 matç keçirən “Qəbələ” hamıdan çox 22 xal toplayıb.
- Evdə uduzmayan 4 komandadan biri olan “qırmızı-qaralar” 7 qələbə qazanıb, 1 heç-heçə edib, 16 top vurub, 2-ni buraxıb.
- 6 səfər matçında 9 xal toplayan “Qəbələ” 2 qələbə qazanıb, 3 heç-heçə edib, 1 dəfə uduzub.
- “Qırmızı-qaralar” rəqib meydanında ən çox qol vuran komandadır - 14 top. Ən az – 5 qol buraxan 3 komandadan biri olan “Qəbələ”, səfərdə ən az – 1 məğlubiyyət alan 2 klubdan biridir.
- “Qəbələ” 14 oyundan yalnız ikisində qol vura bilməyib. Hər iki matç 0:0 hesabı ilə başa çatıb.
- Komandanın oyunlarında 8 hesab variantı qeydə alınıb: 2:0 - 4 dəfə, 2:1 və 0:0 – hərəsi 2 dəfə, 4:1, 3:0, 8:0, 1:0, 1:1 və 2:2 - hərəsi 1 dəfə.
- “Qırmızı-qaralar” mövsümün ilk yarısında 3 böyükhesablı qələbə qazanıb.
- “Neftçi” üzərindəki 8:0 hesablı qələbə mövsümün ilk yarısının ən böyük hesabı olub.
- Yeganə het-trik Baqali Dabonun hesabındadır. O, “Neftçi” ilə görüşdə 3 dəfə fərqlənib.
- “Qəbələ”nin futbolçuları 4 dubla imza atıb. Baqali Dabo, Ruslan Qurbanov, Sergey Zenyov və Teo Uiks 1 matçda 2 dəfə fərqləniblər.
- Filip Ozobiç son 3 turda meydanı qolsuz tərk etməyib. Bu, futbolçular arasında komandamızın mövsümdəki ən qollu seriyasıdır.
- Mövsümün ilk 14 oyununda “qırmızı-qaralar”ı meydana 4 kapitan çıxarıb. Rəşad Sadiqov 9, Dmitri Bezotosnı və Asif Məmmədov hərəyə 2, Rafael Santos 1 dəfə meydana kapitan sarğısında çıxıb.
- “Qəbələ”nin 14 matçını 7 hakim idarə edib. Rəhim Həsənov 4, Əliyar Ağayev, İnqilab Məmmədov, Rauf Cabbarov və Rəvan Həmzəzadə hərəyə 2, Fariz Yusifovla Ömər Paşayev isə hərəyə 1 dəfə komandanın matçında fit çalıb.
- Komanda vurduğu qollardan 11-ni 1-ci, 19-nu 2-ci hissədə vurub.
- I hissədə qol buraxmayan “Qəbələ” 7 topun hamısını fasilədən sonra qapısında görüb.
- “Qırmızı-qaralar” 8 ev oyunundan ikisini “Dalğa Arena”, altısını Qəbələ şəhər stadionunda keçirib.
- Komandanın 8 ev matçını 9600 tamaşaçı izləyib. Orta hesabla hər matçda 1200 seyrçi olub.
- Qəbələdəki 6 oyunda 8800 izləyici olub. Bu qarşılaşmalarda orta göstərici 1633-dir.
- “Qarabağ”la ev oyununu daha çox – 3000, Bakıdakı iki oyunu saymasaq, “Zirə” ilə matçı ən az – 500 tamaşaçı izləyib. Paytaxtdakı görüşlərdə isə “İnter”lə matçı 500, “Kəpəz”lə oyunu isə cəmi 300 nəfər seyr edib.
- İlk iki dövrədə “Qəbələ”nin formasını 24 futbolçu geyinib.
- İki oyunçu – Dmitri Bezotosnı və Filip Ozobiç çempionatın bütün qarşılaşmalarına iştirak edib.
- Yalnız Dmitri Bezotosnı 14 matçın hamısında əvəzolunmadan çıxış edib.
- 24 futbolçudan 13-ü oyunların yarıdan çoxunda – 8 və daha çox matçda iştirak edib.
- Bir oyunçu isə cəmi 1 dəfə meydana çıxıb.
- “Qəbələ”nin ən yaxşı bombardirləri Filip Ozobiçlə Baqali Dabodur. Hərəyə 7 qol vuran futbolçularımız Topaz Premyer Liqasında da ən məhsuldar oyunçulardır.
- Ümumilikdə “qırmızı-qaralar”ın 10 futbolçusu qol sevinci yaşayıb.
- Ruslan Qurbanov 4, Sergey Zenyov 3, Rəşad Eyubovla Teo Uiks hərəyə 2, Asif Məmmədov, Vitali Vernidub, Tellur Mütəllimov və Roman Hüseynov hərəyə 1 qol vurublar.
- “Qəbələ” ilə oyunda “Neftçi”nin müdafiəçisi Jairo Rodriges öz qapısına qol vurub.
- Komandanın qapısına 3 penalti təyin olunub. Dmirti Bezotosnı hər üç zərbəni qapısından buraxıb.
- “Qırmızı-qaralar” rəqib qapılarına 3 penalti vurub. Filip Ozobiç və Ruslan Qurbanov dəqiq olubsa, Nika Kvekveskirinin zərbəsi qolla nəticələnməyib.
- Mövsümün arxada qalan hissəsində futbolçular 33 vərəqə alıb. Bunlardan 30-u sarı, 2-si qırmızıya çevrilən sarı, 1-i isə qırmızı vərəqədir.
- Meydandan kənarlaşdırılan yeganə oyunçu Sadiq Quliyev olub.
- Digər 30 vərəqə 14 futbolçuya göstərilib. Vojislav Stankoviç, Rafael Santos və Ürfan Abbasov hamıdan çox – hərəyə 4 xəbərdarlıq alıb.
- 14 matçdan yalnız 5-də qol buraxan Dmitri Bezotosnı 9 “quru” oyun keçirib. Bu, mövsümün rekordudur.
- Ötən mövsümdən başlayan quru seriyasını cari çempionatda da davam etdirən Dmitri Bezotosnı ardıcıl 9 oyun və ya 915 dəqiqə qol buraxmayıb.
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"