“Lokomotiv”in futbolçusu “Beşiktaş”ın hədəfində

“Lokomotiv”in futbolçusu “Beşiktaş”ın hədəfində
XƏBƏR 20 Dekabr 2016 / 01:22 3131
-  A +

“Lokomotiv”in yarımmüdafiəçisi Maykon Markes karyerasını Türkiyədə davam etdirə bilər.

Qol.az-ın “Fotomaç”a istinadən yaydığı xəbərə görə, “Beşiktaş” Maykonla yaxından maraqlanır. “Qara Qartal”ın baş məşqçisi Şenol Günəş hücumameyilli futbolçunu sərəncamında görmək istəyir.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçinin Moskva klubu ilə müqaviləsi 2017-ci ilin yayında bitir. Maykon cari mövsüm Rusiya Premyer Liqasında meydana çıxdığı 12 oyunda 4 qol vurub.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner