“Bəlkə də 65 yaşıma qədər oynayacam” – Buffon

“Bəlkə də 65 yaşıma qədər oynayacam” –  Buffon
XƏBƏR 19 Dekabr 2016 / 17:03 2834
-  A +

İtaliya millisinin və “Yuventus”un qapıçısı Canluicci Buffon karyerasını bitirmək ehtimalı haqda danışıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 38 yaşlı qolkiper özünü gənc hesab etdiyini deyib:

“Özümü 38 yaşındakı kimi hiss etmirəm. Kim bilir, bəlkə də 65 yaşıma qədər oynayacam” – deyə o qeyd edib.

Xatırladaq ki, Buffon bir neçə gün əvvəlki açıqlamasında DÇ-2018-dən sonra karyerasını başa vuracağı bildirmişdi.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner